Категории
Самые читаемые
RUSBOOK.SU » Поэзия, Драматургия » Поэзия » Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Читать онлайн Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Шрифт:

-
+

Интервал:

-
+

Закладка:

Сделать
1 2 3
Перейти на страницу:

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.

Bəzən abır – həya libasında o,

Girər qılığına bakirə qız tək.

Bəzən də bir şıltaq ədasında o,

Boğar neçə arzu, neçə min istək..

Var neçə pərdəsi, var neçə donu,

Birini soyunar, birini geyər.

Sinəndə saxlamaq istəsən onu,

Qurd kimi o səni içindən yeyər.

Diplomat diliylə istər danışa,

Dahilik eşqiylə yaşar beyində.

Torpağa basdırsan – dönər qamışa,

Tanıdar özünü çoban neyində…

Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.

Bakı, 1978 – ci il.

Övladlar dönükləşəndə

Doqqazın ağzında dondum qəfildən,

Təsəlli verərmi həmsöhbət mənə?..

Uğursuz yolçuya döndüm qəfildən,

Necə yazıq gəldi bu həyət mənə…

Üstən quş səkməyən o çal – çəpərlər,

İndi neçə yerdən yaralanıbdır.

Doluşub həyətə qonşu dəcəllər,

Meynələr vədəsiz uralanıbdır.

Külək budaqları dibdən qoparıb,

Bağ – bağat doludur şax – şəvəl ilə.

Gül kolu təklikdən şivən qoparıb,

Ləçəklər üstündə don tutub gilə.

Körpə çinarların dəyişib halı,

Qoca tut nə yaman xəyala dalıb.

Bacımın bəzəkli çörək dəsmalı,

Təndirin başında kimsəsiz qalıb.

Pozulub bağçada əvvəlki mizan,

Körpə budaqları meyvələr əymir.

Əbədi qonaqdır bu yerdə xəzan,

Bir yaşıl yarpaq da gözümə dəymir.

Daşlar, divarlar da qəribsəyibdi,

Böyük hənirinə, uşaq səsinə.

Bu həyət məni də qərib sayıbdı,

Doğma nəfəsimdən çətin isinə…

Günəşin şəfəqi sönükləşəndə,

Qızmar yay günü də dönüb olar qış…

Övladlar soyuyub dönükləşəndə,

Dədə – baba yurdu yetim qalarmış…

1977Ağdam, Çəmənli

Vağzalı çalınır

Vağzalı çalınır, zərif qədəmlə,

Elə bil boşluğa addımlayırsan.

Gedirsən qüssəylə, kədərlə, qəmlə,

Qəmimin ucuna qəm calayırsan.

Vağzalı çalınır, oynayır qızlar,

Beləcə süzərdin toylarda sən də.

Mənə qərib olub bu il, bu bahar,

Qərib tək gəlmişəm toyuna mən də…

Sən qədəm basdığın o boz torpağı,

Mən də nəzərimlə sığallayıram.

Gedərsən, sinəmə çəkib min dağı,

Özüm də özümə inanmayıram.

Vağzalı çalınır, sənsə ahəstə,

Elə bil süzürsən, yeriməyirsən…

Çiçək gətirmişəm sənə bir dəstə,

Niyə öz töhvəni istəməyirsən?

Bəlkə könlün yoxdur getməyə bu gün,

Niyə qara gözlər yenə də gülmür?

Bəlkə ürəyimi sındırdığınçün,

Nigaran getməyə ürəyin gəlmir?

Gedirsən, fəryadım qəlb otağında,

Sarı sim üstündə vağzalı çalır.

Gedirsən, təbəssüm al dodağında,

Görüşə gəlməyin nə vaxta qalır?

Bu geçə otağın boş qalacaqdır,

Könlümün boşalmış sarayı kimi.

Bu gecə ürəyim hıçqıracaqdır,

Yanıqlı vağzalı harayı kimi.

Bu gecə yanına bir yad gələcək,

Bu gecə yerimə qor dolacaqdır.

Saçların tufana düşən güllər tək,

Pərişan üzünə dağılacaqdır.

Gizli eşqimizin şahidi Ay da,

Utanıb, üzünü bürüyəcəkdir.

Donacaq heyrətdən dəniz də, çay da,

Dağlar qəzəbindən əriyəcəkdir.

Üstümə töksən də od dəstə – dəstə,

Qıymazdım paklığın, qürurun sına.

Könlümün qırılmış telləri üstə,

Necə sığınarsan bir başqasına?

Bu küskün yerişin küsmüş ahu tək,

Məni tənələyir, qınayır sanki.

İpək duvağını oynadan külək,

Mənim varlığımı talayır sanki…

Bir az asta elə yerişlərini,

Qoy sənə doyunca baxım mən bu gün.

Mənim olmayacaq gözəlliyini,

Qəlbimdə əbədi yaşatmaq üçün…

1978

Şirin bir nəğmədir qığıltıların

Dostum Mahirə – Mahir babaya həsr olunur.

Bu bahar ömrünə bahar gətirdi, Ruhun təzələndi, Qaynadı qanın, Könlünə təravət, Vüqar gətirdi,Yenidən qayıtdı bəxtəvər anın.

 İlkin, – Nubar payın nubar gətirdi, Süd ətri bürüdü yenə hər yanı.Vətənə bir ogul, Yurda bir dirək…Gözü aydın olsun Azərbaycanın!

Sevincin sığışmır kəlməyə, sözə,Əsir dodaqların, Titrəyir dizin. Bu qara gözlərə, Bu gülər üzə, Baxdıqca baxırsan, Doymayır gözün.

 Biliənlər bilirdi nəvə şirindi, Şirindi nəfəsi, şirindi adı!Özün ləzzətini duyursan indi, Qoxla, çək sinənə, Necədir dadı?

Mənim də könlümün titrədi simi, Çırpındı ürəyim yenə şövq ilə… Dostumun nəvəsi gəldi dünyaya, Bir oğul nəvəsi Nur topu kimi,Nur ilə doğuldun, Böyü nur ilə…Nir ilə doğuldun, yaşa Nur ilə…

Vahid ÇəmənliBakı15.07.2017

O gün ki getməyə bəhanə gəzdin

O gün ki, getməyə bəhanə gəzdin,

Şirin kəlmələrin danlağa döndü.

Elə bil gözümə göz dağı çəkdin,

Ürəyim büküldü, yumağa döndü…

Hardasan? Haradır getdiyin diyar?

Nə qəlb səndən dönər, nə də göz doyar,

Qoşa gəzdiyimiz güllü qayalar,

Sənsiz yetim qalan uşağa döndü.

İnsaf et, bəs edər saldın möhnətə,

Qıyma xəzan düşə mehrə – ülfətə,

Günəş də qapına gəldi minnətə,

Ay da yolun üstə çırağa döndü.

Yandırıb getmisən, özün ovut gəl,

Yanar ürəyimi azca soyut gəl,

Конец ознакомительного фрагмента.

1 2 3
Перейти на страницу:
На этой странице вы можете бесплатно скачать Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇ торрент бесплатно.
Комментарии
Открыть боковую панель
Комментарии
Сергій
Сергій 25.01.2024 - 17:17
"Убийство миссис Спэнлоу" от Агаты Кристи – это великолепный детектив, который завораживает с первой страницы и держит в напряжении до последнего момента. Кристи, как всегда, мастерски строит