Категории
Самые читаемые
RUSBOOK.SU » Поэзия, Драматургия » Поэзия » Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Читать онлайн Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇

Шрифт:

-
+

Интервал:

-
+

Закладка:

Сделать
1 2 3
Перейти на страницу:

Qaytarın dünyaya təzədən məni —

Yaxşını yamandan seçə bilmədim,

Hələ bu dünyanı duymamışam mən.

Əlvida, əkdiyim körpə ağaclar,

Həsrətdən saralan güllər, əlvida!

Əlvida, yolumda ağaran şaçlar,

Öpüb oxşadığım əllər, əlvida!

Bir zaman sevdiyim qızlar qocaldı.

Bəs məni sevənlər hayanda qaldı?

Dedim uzanacaq ömür əbədi.

Nə bilim yollarım boranmış.qarmış.

Mən hardan biləydim qoca dünyanın

Ayrılığı varmış, ölümü varmış…

Qaytarın dünyaya təzədən məni,

Elə əllidən də ömür başlarmış.

Hələ bu dünyanı duymamışam mən,

Hələ bu dünyadan doymamışam mən…

Qəm çəkməklə qəm artar

Ruhuma dərd gətirir,

Hər tökülən göz yaşı,

Bir sızlayan görəndə,

Yanır qəlbimin başı,

Üzmək çətin olsa da,

Üzü axına qarşı,

Canını sıx dişinə,

Sürünmə dizi üstə…

Ötən günün ardınca,

Boylanma fağir – fağır,

Ümidli sabahlara

Xeyir – bərəkət yağır,

Yer üzündə imanla,

Gəz dolan ağır – ağır,

Heçə hikmət duyarsan,

Eşıtdiyin hər səsdə..

Qəm çəkməklə qəm artar,

Qəm azalmaz, əzizim!

Keçib gedər bu qəm də,

Belə qalmaz, əzizim!

Ömrə mərhəmət olar,

Möhlət olmaz, əzizim!

Tövbə elə – Tanrıdan

Bəxtinə ağ gün istə…

Son dəfə keçirəm sizin küçədən

Son dəfə keçirəm sizin küçədən,

Bir də bu yerlərə dəyməz ayağım.

Bu aylı, ulduzlu soyuq gecədən,

Görəsən nə umum şairsayağı?..

Söndürün qəlbimdə közərən şamı,

Nə bilim, bəlkə də qəlbin daş idi.

Həsrətin çilənən neçə axşamı,

Bu küçə mənimlə birgə daşıdı.

Kim bilir, sabah kim burda gəzinər?

Özgə təmasından diksinər səki.

Bir daha sevinməz addım səsinə,

Mənim addımından sevinən təki…

Küləkmi sovurur üzümə tozu,

Yoxsa vidalaşan küçə özümü?

Mən ondan razıyam, o məndən razı,

Yaşadar köksündə ayaq izimi…

Səni hardan alım indi…

Şahmar Əkbərzadəyə həsr olunur

Şahmar Əkbərzadə

Ay qapımın açar yeri,

Ay dilimin naçar yeri,

Ay bəlamın düçar yeri,

«Səni hardan alım indi?»

Ay ömrümün qışı, yazı,

Ay könlümün duzu, nazı,

Ay atamın telli sazı,

«Səni hardan alım indi?»

Gözlərinə gözüm düşən —

Özü kövrək, qəlbi şüşəm,

Bir qom yaralı bənövşəm,

«Səni hardan alım indi…

Qarabağım, qəm otağım,

Qəza – qədər öz ortağım,

Ay sinəsi dağlı dağım,

«Səni hardan alım indi?»

Ay qəlbimin qubar tacı,

Çəmənimin bahar taçı,

Çəmənlimin Şahmar tacı,

«Səni hardan alım indi»?..

Bakı, 09 oktyabr 2001 – ci il.

Ağdam

Ağdam,

Səni düşündükcə

Parçalanır içim, çölüm,

Ağdam,

Səni əsir edib,

Yaşatdılar mənə zülüm,

Sənsiz keçən illərimi,

Hansı qara yelə verim?

Ağdam, Ağdam…

70-ci illərin Ağdamı

İçimdəki ağrıları

Sənə necə başa salım?

Viran olan dağlarında,

İndi neçə ölüm qalım?

Ğöylərindən qopüb düşür,

Son ümidim, son xəyalım,

Ağdam, Ağdam…

Xaçınından, Qarqarından

Axan sular durularmı?

Bu zülümün haqq – hesabı

Bir kimsədən sorularmı?

Ağdam, Ağdam,

Bu haraydan

Dil usanıb, yorularmı?..

Ağdam, Ağdam…

Ölümünə fərman verən

fərmanbazlar hardadı bəs?

Bir düşünən, soran varmı,

niyə yurdum dardadı bəs?

Neçələrim didərgindi,

neçələrim gordadı bəs?

Ağdam, Ağdam…

Kim bağlayar, görəsən kim,

Bu qan verən yaraları?

Qeyrət çəkən oğulların

Seyrəlirmi sıraları?

Doğradılar dilim – dilim,

Pərən – pərən oldu elim.

Yarı qaçqın, yarı köçkün,

Yarı şəhid balaların…

Ağdam, Ağdam…

21 iyul 2012 – ci il.

Yox, deyən qəlbimə yaman girmisən

Yox, deyən qəlbimə yaman girmısən,

Od olub yandırır xəyalın məni.

Mənə min – min ümid, güman vermisən,

Dənizə döndərib sualın məni…

Tək sənin eşqinə, gülüzlü sonam,

Elə istəyirəm yandıqca yanam…

Baxırsan gözümə, gözündə inam,

İlhama çağırır bu halın məni…

Hardasa dağılır qəmim, kədərim.

Hardasa doğulur təzə ülkərim,

Hardasa açılır nurlu səhərim,

Hardasa gözləyir vüsalın məni…

Hardan gəldin ağ buludum

Sinəsidə Qarabağ dərdi daşıyan, sevimli Ağdama qovuşmaq eşqi ilə yaşayan əziz dostum Hacı Elməddin Səfərova ithaf edirəm

13 may 2012 – ci il adi günəşli günlərdən biri idi. «Ağdamdan – Qarabağa» adı altında birləşib, sevincini – kədərini bir – biri ilə paylaşan bir qrup ğənc bu günlərini Şəhidlər xiyabanında keçirməyə, güllərə su verməyə, təmizlik işləri aparmağa qərar vermişdilər. 13 may 2012 ci il, bazar günü dostlar bir yerə toplaşıb Şəhidlər xiyabanına gəldilər. Xiyabana girəndə qeyri – adi mənzərənin şahidi oldular. Şəhidlər xiyabanının üstünü ağappaq qatı bir bulud bürümüşdü. Hacı Elməddin Səfərov başını qaldırıb ğöyə baxdı. Göyün üzü tər – təmiz idi. Günəşin qızmar şəfəqlərindən savayı heç nə yox idi. Bir topa ağ bulud ancaq şəhidlər xiyabanının üstündə idi. Onu heyrət bürüdü. Həyatında ilk dəfə idi ki, belə bir mənzərənin şahidi olurdu. İlahi, bu nədir, bu nə möcüzədir, bu bir topa ağappaq bulud hardandır? Dostu Yusif Rüstəmlini səslədi:

– Yusif, tez aparatı ışə sal, çək bu ağ buludun şəklini… Yusif Rüstəmli aparatı ışə salıb cəkməyə başladı. Şəhidlər xiyabanının üstünü saran ağ bulud elə bil diksinən kimi oldu, bir anın içində əriməyə başladı. Amma Yusif də qoçaq oğlan idi. Bir neçə şəkil çəkə bilmişdi.

Mən şəkilləri ertəsi gün gördüm. Qəlbimi bürüyən hisləri göz yaşları içində kağıza köçürdüm. Surəti ilə tanış ola bilərsiniz:

Şəhidlər xiyabanının üstünü saran bulud

Hardan gəldin ağ buludum?

De sən hara, bura hara?

Burda qoca dağlar deyil,

Qəlb qərq olur dumanlara…

Hardan gəldin, ağ buludum?..

Şuşadanmı, Laçındanmı?..

Gülablıdan, Mərzilidən,

Qirxqızdanmı, Xaçındanmı?..

Qubadlıda, Kəlbəcərdə,

Sonaları gördünmü heç?

Füzulidən uçub keçən

Durnaları gördünmü heç?..

Zəngilanın meşələrin

Oxşadımı ağ əllərin?

Sığallaya bildinmi de,

Çəbrayılda tər gülləri?

Söylə görüm Qarabağın

çöllərində nələr yandı?

Getmə dayan, ağ buludum,

Şəhidlərim nigarandı.

Getmə dayan!!!

Bəs Ağdamım…

Soruşmadım Axı səndən…

Xəbər tuta bilmisənmi

Məscidimdən, minarəmdən?..

Bilirsən də, Qədirim də

Bax beləcə köçüb getdi.

Necə – neçə ahıllarm

Pərən – pərən düşüb getdi…

Ağ buludum, getmə, dayan,

Neçə – neçə analarım,

bacılarım qalıb ağlar.

Söylə görüm darıxırmı,

Nigaranmı bizdən dağlar?

Getmə dayan, ağ buludum,

Gözümüzdə qalıb axı,

Çox arzumuz, diləyimiz.

Getmə dayan, ağ buludum,

Bir doyunca sənə baxaq,

Bəlkə bir az təmizlənə

Pas bağlayan ürəyimiz…

14 may 2013

Şamaxı…

Şamaxı Rəsədxanası

Bu torpaqda bu yurdda,

Sabirin səsi yaşar.

Nəsimi ülviyyəti,

Səhhət həvəsi yaşar,

Xəqaninin, Seyyidin

Ölməz nəfəsi yaşar,

Od oğlu, od qızıdır

Hər övladın, Şamaxı…

Qucağı bol bəhrəli

Düzlərindən keçəndə,

Şeh qoxulu gülləri

Dəstələyib biçəndə,

Pirsaatın suyunu

Ovuşlayıb içəndə,

Sandım, axdı qanıma

Yanar odun, Şamaxı…

Çiçək olar ürəyim

Pirqulu yaylağında,

Günəş olub yanaram

Dədəgünəş dağında,

Bir gilə üzüm yedim

Barlı üzüm bağında,

Damağımdan getmədi

Bu bal dadın, Şamaxı…

Şamaxı 1988

Ata həsrəti

Qonşular arabir söz salır səndən,

Mehriban qəlbini xatırlayırlar

Cəndən söz düşəndə – bilmirəm nədən,

Elə bil qəlbimdə od qalayırlar.

Demə, oğlun səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram.

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.

Sazının telindən qopan nəğmələr,

Coşqun xəyalınmış, arzularınmış.

O dağ çayı kimi coşan nəğmələr,

Çəkdiyin qayğınmış, intizarınmış.

Demə, bağçamızda açılan güllər,

Ömrünün gecikən bahаrı imiş.

Məni səxavətlə böyüdən illər,

Heç demə günləri səndən kəsirmiş.

Mən indi duyuram, niyə adamlar,

Hər məni görəndə gülümsəyirmiş.

Sənə inamlarmış, mənə inamlar,

Bütün ehtiramlar sənə görəymiş.

İnana bilmirəm bu yoxluğundan,

Belə soyuqlaya ilıq baxışlar.

Ömür yollarında dolaşdım yaman,

Bir dost köməyinə ehtiyacım var.

Demə, oğlusn səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.

Dostum Kərimə – Uğurun babasına

Hamımız bu günü səbirsizliklə gözləyirdik. Gözləyirdik ki, əziz dostumuzun sevincinə qoşulaq. Dünyaya qədəm basan balaca Uğura görə ona gözaydınlığı verək. Amma unutmuşuq ki, yaşadığımız həyatın çox sərt qanunları var. Ən gözləmədiyimiz anlarda, xoşbəxtlikdən göylərin yeddinci qatında olduğumuz anlarda belə, bizə qəfil sürprizlər göstərə bilər…

Allah, Allah, bu sürprizlər bəzən necə də ağrılı, necə də acılı olur.

Balaca Uğurun öz gəlişi ilə dünyanı şərəfləndirdiyi gün bu sad xəbərlə birlikdə daha bir xəbər aldıq. Uğurun ata babası qəflətən dünyaya əbədi göz yumub. Beləcə qəflətən…

Aylarla gözlədiyi nəvəsinin üzünü görmədən, süd qoxulu nəfəsini ciyərlərinə çəkmədən, körpə təbəssümü ilə fərəhlənmədən…

Bu xəbər bizi – Uğurun ana babası Kərimin dostlarını çox sarsıtdı. Bilmədik dostumuza gözaydınlığı verək, yoxsa başsağlığı. Uğurun dünyaya gəlişinin sevinci, babasının dünyadan getməsi ilə kədərlənən insanların göz yaşlarınada boğuldu. Getsin, bir də qayıtmasın o qəmli günlər…

Uğurun dünyaya gəlişinə sevinənlərdən biri də mən idim. Hətta, bu münasibətlə dostuma şer də həsr eləmişdim. Amma o şer yazılan vərəqi uzun müddət cibimdə gəzdirdim, verməyə cürət eləmədim, dedim, fikirləşər, mən nəhayda, sən nə hayda… Dörd bükülü dəftər vərəqini cibimdə qat kəsdi, yazı oxunmaz hala düşdü.

Amma bir gün Kərimə yaxınlaşdım. Uğura şer həsr elədiyimi dedim. Üzünə təbəssüm qondu. —«Oxu», – dedi. Şeri ona oxudum. Heç nə demədi. Nəmli gözləri ilə mənə baxdı. Amma sevindi, ya qəmləndi, heç anlaya bilmədim…

O günlər dostum Mahir mənim «Nə ömürdü yaşadım» adlı şerlər kitabımı mətbəəyə təqdim etmişdi. Amma heç vaxt tapıb yekun danışığa gedə bilmirdi. Səbirsizliklə kitabın çapdan çıxmasını gözləyirdim. Qəflətən ağlıma bir fikir gəldi: – bəlkə, şeri faksla mətbəəyə göndərim? Elə də etdim. İnanın, ertəsi gün dostum Mahir mənə zəng edərək dedi ki, nəhayət, vaxt tapıb mətbəəyə gedə bildim, kitabı çapa imzaladım.

Beləliklə, Uğura həsr etdiyim şer mənə də uğur gətirdi.

Bu şeri, bu şerin yazılmasının qəribə tarixcəsi ilə birlikdə bu kitaba da daxıl edirəm. Bu şer mənim Uğurun qədəmlərinə səpdiyim bir çiçək dəstəsinə bənzəyir.

Ömür yollarında qədəmlərin uğurlu olsun!

Uğur

Elə bil günəş də mehribanlaşdı,

Uşaq tək qarşında dayandı sənin.

Dostların sevinci kükrədi, daşdı,

Qəlbində duyğular oyandı sənin…

Buludlar səmadan, ulduzlar göydən,

Səni təbrik üçün üzülüb gəldi.

Kövrək düyğyların bir himə bənddi,

İnci tək gözündən süzülüb gəldi.

Bu Haqqın lütvüdür, – heç bunu danma,

Sanballi kişilər səfinə düşdün.

Nə qədər uğurlar görmüşdün, – amma,

Belə bir Uğuru heç görməmişdin…

Adi Uğur deyil, bu Uğur, – qardaş,

Nəğməkar Xəzərin həzin səsidir.

Adi Uğur deyi, l bu Uğur, – qardaş,

İki sevən qəlbin təntənəsidir.

Adi Uğur deyil, bu Uğur, – qardaş,

Göylərin müjdəli yağışlarıdır.

Adi Uğur deyil, bu Uğur, – qardaş,

Sevincli, nisgilli göz yaşlarıdır.

Adi Uğur deyil, bu Uğur, – qardaş,

Bahar həvəsilə açılan güldür.

Adi Uğur deyil, bu Uğur, – qardaş,

Totuq ag əllərdir, şipşirin dildir…

Bu Haqqın lütvüdür, – heç bunu danma,

Sanballi kişilər səfinə düşdün.

Nə qədər uğurlar görmüşdün, – amma,

Belə bir Uğuru heç görməmişdin…

Bakı, 02 may 2011 – ci il.

Sözlər

Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

1 2 3
Перейти на страницу:
На этой странице вы можете бесплатно скачать Bu yay da belə keçdi̇ - Vahi̇d Çəmənli̇ торрент бесплатно.
Комментарии
Открыть боковую панель
Комментарии
Вася
Вася 24.11.2024 - 19:04
Прекрасное описание анального секса
Сергій
Сергій 25.01.2024 - 17:17
"Убийство миссис Спэнлоу" от Агаты Кристи – это великолепный детектив, который завораживает с первой страницы и держит в напряжении до последнего момента. Кристи, как всегда, мастерски строит